ABŞ-ın Ukraynadakı səfiri vəzifəsini tərk edə bilərbackend

ABŞ-ın Ukraynadakı səfiri vəzifəsini tərk edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink yaxın həftələrdə tutduğu vəzifədən istefa verib diplomatik xidməti tərk edib-etməməyi ciddi şəkildə düşünür.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Mənbələr onun öz istəyi ilə ayrılacağını bildiriblər. Qeyd olunur ki, Brink ABŞ prezidenti Donald Trampın yanvarın 20-də vəzifəyə başlamasından sonra Dövlət Departamentini tərk edən ən yüksək səviyyəli diplomatlardan biri ola bilər.

Brink bu vəzifəyə ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən irəli sürülüb və 2022-ci ilin mayından Kiyevdə səfir vəzifəsində çalışır.