NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər ki, ABŞ-ın Ukraynaya birbaşa büdcə dəstəyini davam etdirmək üçün artıq vəsaiti yoxdur. Bunu Beynəlxalq İnkişaf Agentliyi (USAID) rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Erin MakKi Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı deyib.
Onun sözlərinə görə, yeni ayırmalar olmadan humanitar yardım dayandırıla bilər.
USAİD rəhbərinin köməkçisi həmçinin bildirib ki, ABŞ Konqresi Kiyevin ehtiyacları üçün əlavə maliyyə ayrılmasını təsdiqləməsə nə baş verəcək. Belə olan halda ABŞ-ın Ukraynadakı tərəfdaş təşkilatları ya humanitar yardım alanların sayını 75% azaldacaq, ya da hətta bu cür proqramların həyata keçirilməsini dayandıracaq.