ABŞ-ın Ukraynaya verəcəyi Abrams tankları Almaniyadadırbackend

ABŞ-ın Ukraynaya verəcəyi Abrams tankları Almaniyadadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya tədarük ediləcək 31 ədəd M1 Abrams tankının cəbhəyə göndərilmədən əvvəl Ukrayna əsgərlərinin təlimlərində istifadə edilməsi üçün Almaniyanın Qrafenvuer şəhərinə göndərildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Pentaqonun mətbuat katibi briqada generalı Patrik Rayder tankların Qrafenvuer şəhərinə çatdığnı bildirib.

ABŞ generalı yaxın həftələrdə Ukraynanın texniki və tank personalının da tank təlimi almaq üçün Almaniyaya gələcəyini qeyd edib.

“Ukraynalı ekipaj və texniki qulluqçular üçün bu hərtərəfli təlim proqramı onları M1 tankından səmərəli istifadə etmək və Ukrayna xalqını müdafiə etməkdə mühüm rola hazırlamaq məqsədi daşıyır”, –  deyə Rayder bildirib.

Qeyd edək ki, ABŞ qabaqcıl zireh və silahlarla təchiz edilmiş tankları yanvar ayında tədarük edəcəyini açıqlamışdı.

ABŞ administrasiyası bu tankların ən geci payıza qədər Ukraynada cəbhədə ola biləcəyini təxmin edir.

NOCOMMENT.AZ