ABŞ-ın vitse-prezidenti Bəhreyn vəliəhdi ilə DANIŞDIbackend

ABŞ-ın vitse-prezidenti Bəhreyn vəliəhdi ilə DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın vitse-prezidenti Kamala Harris Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və Bəhreynin vəliəhd şahzadəsi Salman bin Hamed Əl Xəlifə ilə telefon danışığı aparıb.

NOCOMMENT.az “Ağ ev”ə istinadla xəbər verir ki, danışıqlar zamanı Qəzzadakı vəziyyət müzakirə edilib.

İki liderlə görüşündə Harris Qəzzadakı təcili humanitar böhrana toxunaraq, “mülki əhalinin qorunmasının” və beynəlxalq humanitar hüquqa “hörmətin” vacibliyini qeyd edib.

Hər iki görüşdə “fələstinlilərin zorla köçkün edilməməsinin” vacib olduğunu ifadə edən Harris, həm israillilərin, həm də fələstinlilərin “bərabər miqdarda təhlükəsizlik, firavanlıq və azadlığa” sahib olması lazım olduğunu bildirib.