ABŞ-ın vitse-prezidenti yaxın həftələrdə İtaliya və Hindistana səfər edəcəkbackend

ABŞ-ın vitse-prezidenti yaxın həftələrdə İtaliya və Hindistana səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın vitse-prezidenti J.D.Vens yaxın həftələrdə həyat yoldaşı ilə birlikdə İtaliya və Hindistana səfər etməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə siyasətçinin nümayəndəsinə istinadən CBS News kanalı məlumat yayıb.

“Vens Müqəddəs Həftə tədbirlərində iştirak etmək üçün cümə axşamı İtaliyaya gedəcək. O, Romada ölkənin baş naziri Giorgia Meloni, daha sonra Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə görüşməyi planlaşdırır”, – məlumatda deyilir.

Vansın sözçüsü bildirib ki, vitse-prezident Romada ABŞ-İran danışıqlarında iştirak etməyəcək.

Siyasətçinin ofisi əlavə edib ki, Vens gələn həftə Hindistana səfər edəcək. Siyasətçi Dehlidə baş nazir Narendra Modi ilə görüşməyi planlaşdırır.