ABŞ-ın yeni sanksiyaları Rusiyaya çip tədarükünə təsir edəcəkbackend

ABŞ-ın yeni sanksiyaları Rusiyaya çip tədarükünə təsir edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonun hazırladığı yeni anti-Rusiya sanksiyaları Rusiyaya ABŞ-dan kənarda, lakin Amerika texnologiyası və ya avadanlıqlarından istifadə etməklə istehsal olunan çiplərin tədarükünə təsir edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, iyunun 12-də Vaşinqton Rusiya Federasiyasına qarşı yeni sanksiyalar elan edəcək. Mənbələr bildirirlər ki, ABŞ-ın Rusiyanı yarımkeçirici çiplərlə təmin etdiyinə inandığı səkkiz Honq-Konq şirkəti qara siyahıya salınacaq.

Həmçinin, məhdudlaşdırıcı tədbirlər Amerika rəsmilərinin Rusiya aviasiya sənayesinə mal tədarük etdiyinə inandıqları şirkətlərə də şamil ediləcək. Bundan əlavə, Birləşmiş Ştatlar Rusiya Federasiyasında istifadə edilən “korporativ proqram təminatı”na qarşı sanksiyaları genişləndirməyi planlaşdırır ki, o, artıq yeniləmələri almasın.

Bloomberg-in qeyd etdiyi kimi, yeni sanksiyalar Çin şirkətlərinə qarşı yönələcək.