ABŞ iqtisadiyyatı bu ilin ikinci rübündə 3 faiz artıb.
NOCOMMENT.az xəbər ki, bu barədə ABŞ Ticarət Departamenti aprel-iyun dövrü üçün ümumi daxili məhsul (ÜDM) məlumatlarını açıqlayıb.
İlin ikinci rübündə ABŞ iqtisadiyyatının artımına istehlak xərcləri, özəl investisiyalar və qeyri-yaşayış sahələrinə əsas investisiyaların artması təsir göstərib.
Qeyd edilib ki, bu ilin birinci rübündə ölkə iqtisadiyyatı 1,6 faiz artıb.