ABŞ İran və Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edibbackend

ABŞ İran və Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ İran və Şimali Koreyaya qarşı əlavə sanksiyalar tətbiq edir. Məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslərin və təşkilatların siyahısı ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.

İdarənin dərc etdiyi məlumata görə, yenilənmiş siyahıya İrandan olan vətəndaşlar və təşkilatlar terrorizmlə əlaqəsi, Şimali Koreyalılar isə kiber təhlükə səbəbindən daxil edilib.

Noyabrın 28-də respublikaçı senator Tom Kotton ABŞ prezidenti Co Baydenin Yaxın Şərqdə İrana qarşı yanlış siyasət yürütdüyünü bildirib.. Onun sözlərinə görə, təkcə son bir ay ərzində Tehran regionda 70-ə yaxın Amerika mövqeyinə hücum edib, lakin Vaşinqtondan adekvat cavab almayıb.