ABŞ İrana əlavə sanksiyalar tətbiq edəcəkbackend

ABŞ İrana əlavə sanksiyalar tətbiq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ yaxın günlərdə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanın yazılı bəyanatında deyilir.

Qeyd olunur ki, İranın İsrailə endirdiyi hava zərbələrindən sonra ABŞ prezidenti Co Bayden ölkənin müttəfiqləri və tərəfdaşları cavab tədbirləri üçün hərtərəfli plan üzərində işləyir. Belə ki, yeni sanksiyalar İranın raket və pilotsuz uçuş aparatları proqramlarını hədəfə alacaq.

Həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu və İran Müdafiə Nazirliyinə dəstək verən şirkətlərə qarşı yönələcək.