ABŞ İrandan nüvə proqramından tam imtina etməsini istəyirbackend

ABŞ İrandan nüvə proqramından tam imtina etməsini istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İrandan nüvə proqramından tam imtina etməsini tələb etmək niyyətindədir, razılaşmama halında Tehranı nəticələr gözləyir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “CBS News”a müsahibəsində bildirib.

“Biz aydın şəkildə bildirmək istəyirik ki, hazırda ABŞ-nin 44-cü prezidenti Barak Obama və 46-cı prezidenti Cozef Bayden administrasiyalarında olduğu kimi “sən mənə – mən sənə” prinsipi tətbiq olunmur. Məsələ bütövlükdə nüvə proqramı haqqındadır. Ya ondan imtina edin, ya da nəticələri olacaq”, – o vurğulayıb.

Uoltsun sözlərinə görə, İranın nüvə silahı əldə etməsi bütün Yaxın Şərq regionunun silahlanma yarışına cəlb olunması deməkdir ki, bu da ABŞ-nin milli təhlükəsizliyi üçün “tamamilə qəbuledilməzdir”.