Ağ Evin yüksək rütbəli rəsmisi deyib ki, İranın İsrailə hücum etmək üçün qanuni əsası yoxdur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Belə ki, ABŞ prezident administrasiyasının nümayəndəsi Yaxın Şərqdə mövcud gərginliyin genişmiqyaslı münaqişəyə çevrilməsi perspektivini şərh edib.
O əlavə edib ki, İran açıq şəkildə İsrailə hücum edərsə, Tehran “olduqca ciddi nəticələrlə” üzləşəcək.