ABŞ İranın kriptovalyuta və texnologiya sektoruna qarşı sanksiyalar tətbiq etdibackend

ABŞ İranın kriptovalyuta və texnologiya sektoruna qarşı sanksiyalar tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Maliyyə Nazirliyi maliyyə texnologiyaları, kriptovalyuta və ofşor əməliyyatlarla bağlı olan İrandan 11 şirkətə və 7 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, yeni məhdudiyyətlər İranın texnologiya holdinqi Fanap ilə əlaqəli strukturlara şamil olunub. Sanksiya tətbiq edilənlər arasında Cyrus Offshore Bank, Pasargad Arian, RUNC Exchange System və onlarla əlaqəli bir sıra digər şirkətlər də yer alır.

İran şirkətləri və fiziki şəxsləri ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilib. Sanksiyalar çərçivəsində onların ABŞ yurisdiksiyasında yerləşən bütün aktivləri dondurulacaq, həmçinin ABŞ-lı fiziki və hüquqi şəxslərlə əməkdaşlığa qadağa qoyulacaq.