ABŞ: İranın nüvə proqramını yavaşlatmasını alqışlayırıqbackend

ABŞ: İranın nüvə proqramını yavaşlatmasını alqışlayırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Antoni Blinken İranın nüvə proqramını yavaşlatmaq üçün istənilən addımını alqışlayacaqlarını bildirib.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə  Dövlət Departamentində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Təbii ki, deyə bilərəm ki, İranın ABŞ-ın nüvə sazişindən çıxmasından sonra həqiqətən artan nüvə təhlükəsini azaltmaq üçün atacağı istənilən addımı alqışlayacağıq”, – dövlət katibi deyib. 

İran və ABŞ arasında nüvə razılaşmasının olmadığını bildirən Blinken, “Biz açıq şəkildə deyirik ki, İranın diplomatiyaya yer açmaq üçün gərginliyi azaltması lazımdır”, deyə əlavə edib.