ABŞ İranın nüvə proqramının ləğvi ilə bağlı çağırış edibbackend

ABŞ İranın nüvə proqramının ləğvi ilə bağlı çağırış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin energetika naziri Kris Rayt bildirib ki, İranın nüvə proqramı, o cümlədən uranın zənginləşdirilməsi və plutonium emalı üzrə bütün obyektlər tamamilə ləğv edilməlidir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, o, bunu Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) illik konfransında deyib.

“Əgər bu əvvəllər kifayət qədər aydın olmayıbsa, ABŞ-nin İranla bağlı mövqeyini təkrarlayıram. İranın silah yaratmağa aparan nüvə yolu, o cümlədən uranın zənginləşdirilməsi və plutonium emalı üzrə bütün obyektlər tamamilə ləğv edilməlidir”, – K.Rayt vurğulayıb.