ABŞ İranın Venesuelaya satdığı təyyarəni ələ keçirib backend

ABŞ İranın Venesuelaya satdığı təyyarəni ələ keçirib 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İranın “Mahan Air” Hava Yolları Şirkətinin Venesuelanın yükdaşıma şirkətinə satdığı təyyarəni müsadirə edib.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, ABŞ Ədliyyə Nazirliyi bəyanat yayaraq, məhkəmə qərarı ilə Venesuelanın yükdaşıma şirkəti tərəfindən SEPAH-ın Qüds qüvvələrinə məxsus Boinq-747 yük təyyarəsinin İranla bağlı ixrac məhdudiyyətləri çərçivəsində ələ keçirildiyini açıqlayıb.

Bəyanatada bildirilib ki, ABŞ-nin sanksiyaları altında olan İranın “Mahan Air” aviaşirkəti tərəfindən satılan bu təyyarə Argentinadan Amərikaya aparılıb və hazırda Florida ştatındadır.

Qeyd olunub ki, SEPAH-a məxsus yük təyyarəsi 2022-ci ilin iyununda Vaşinqtonun tələbi ilə Argentina hökuməti tərəfindən müsadirə edilib.