ABŞ İranla diplomatiyanı bərpa etmək istəyirbackend

ABŞ İranla diplomatiyanı bərpa etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ yaxın aylarda İranla aktiv diplomatiyanı bərpa etməyə ümid edir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının silahlara nəzarət, tərk-silah və yayılmaması üzrə baş direktoru Pranay Vaddi deyib.

Onun sözlərinə görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Vaşinqtonun diqqətini İranın nüvə proqramı ilə bağlı fəaliyyətinə yönəltmək çox çətindir:

“Ümid edirik ki, böhran qarşıdakı aylarda və illərdə həll olunduqca biz İranın nüvə proqramı ilə daha məhsuldar və hərtərəfli məşğul ola biləcəyik. Hələlik ABŞ diqqətini növbəti təxribatların qarşısını almağa və Vaşinqtonun siyasəti isə İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlib”.