ABŞ İŞİD-lə mübarizə aparmaq üçün Suriyanın şərqində hərbi varlığını saxlayacaqbackend

ABŞ İŞİD-lə mübarizə aparmaq üçün Suriyanın şərqində hərbi varlığını saxlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İŞİD-ə qarşı mübarizə çərçivəsində Suriyanın şərqində hərbi mövcudluğunu saxlayacaq.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Bəhreynin paytaxtında Manama Dialoqu forumunda çıxışı zamanı ABŞ müdafiə nazirinin köməkçisinin müavini Daniel Şapiro deyib.

“Suriyadakı vəziyyət sürətlə inkişaf etdikcə, Birləşmiş Ştatlar böhrandan zərər görən regiondakı tərəfdaşlarının təhlükəsizliklərini təmin etmək niyyətindədir. Buna görə, onlarla sıx məsləhətləşmələr aparmağa davam edəcəyik. Bizim onlara sadiqliyimiz həmişəkindən daha güclüdür. Biz Suriyanın şərqində də mövcudluğumuzu davam etdirəcəyik – yalnız İŞİD üzərində yekun qələbə üçün, bunun münaqişənin digər aspektləri ilə heç bir əlaqəsi yoxdur” – deyə o bildirib.