ABŞ İsrail ordusuna qarşı sanksiyaları gücləndirməyə hazırlaşırbackend

ABŞ İsrail ordusuna qarşı sanksiyaları gücləndirməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası əsasən millətçi ultra-pravoslav yəhudilərdən ibarət “Netzach Yehuda” batalyonundan əlavə, daha bir neçə İsrail Müdafiə Qüvvələrinə (IDF) və polis bölmələrinə sanksiya tətbiq etməyi düşünür.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-dakı öz mənbələrinə istinadən “The Times of Israel” məlumat yayıb.

Qəzetin yazdığına görə, ABŞ Dövlət Departamenti bir ildən artıqdır ki, “Netzach Yehuda” və digər bölmələrin üzvləri tərəfindən Fələstin əsilli ABŞ vətəndaşları da daxil olmaqla insan hüquqlarının pozulmasını araşdırır.