ABŞ İsrailə güclü dəstək vəd edibbackend

ABŞ İsrailə güclü dəstək vəd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqton yəhudi dövlətinə İran və onun peyklərindən gələcək təhdidlərə qarşı mübarizədə dəstək verəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığı zamanı söylədiyi sözlərə istinadən Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

Millerin sözlərinə görə, Blinken bir daha təsdiqləyib ki, ABŞ İsrailin təhlükəsizliyini, o cümlədən Tehran və onun müvəkkilləri tərəfindən törədilən hər hansı təhdidlərə qarşı mübarizəni dəstəkləyəcək.

ABŞ dövlət katibi və İsrailin müdafiə naziri Qəzza zolağında saxlanılan girovların azad edilməsi səylərini də müzakirə ediblər.