ABŞ İsrailə hücumuna görə İrana qarşı yeni sanksiyalar elan edibbackend

ABŞ İsrailə hücumuna görə İrana qarşı yeni sanksiyalar elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İran İslam Respublikası neftinin xarici bazarlara nəqlində əsas rol oynayan 35 şirkət və neft tankerinə sanksiya tətbiq edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Nazirlik bu addımın İran İslam Respublikasının İsrailə hücumu və nüvə fəaliyyətlərinin genişlənməsinə cavab olaraq atıldığını bildirib.

“İran neftinin nəqlində Tehrana yardım etdiyinə görə sanksiyalar siyahısına “Lightship Management Ltd” şirkəti daxil edilib”, – nazirliyin məlumatında qeyd edilib.

Bildirilib ki, 18 neft tankeri, o cümlədən Panama bayrağı altında üzən “Lightship Management” şirkətinə məxsus olan “TONIL” də Bolqarıstan, Hindistan və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydiyyatdan keçib.

Bundan əlavə, Çinin beş gəmi şirkəti də sanksiyalara məruz qalıb.

Sanksiyalarla üzləşən digər şirkətlər Hindistan, Liberiya, BƏƏ, Pakistan, həmçinin Seyşel və Marşal adalarında yerləşir.