ABŞ İsrailə söz verdi: İranın nüvə silahı əldə etməsinin qarşısını alacağıqbackend

ABŞ İsrailə söz verdi: İranın nüvə silahı əldə etməsinin qarşısını alacağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail parlamentində çıxış edən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkarti İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İsraillə birlikdə çalışacaqlarını bildirib.

NOCOMMENT.az xəbər verir ki, Təl-Əviv və Vaşinqton arasındakı bağın “yaxın və sarsılmaz” olduğunu ifadə edən Makkarti, “Amerikanın İsraildən böyük müttəfiqi yoxdur” deyə açıqlama verib.

Çıxışında “İranın heç vaxt nüvə silahına sahib olmayacağını” ifadə edən Makkarti ölkəsinin bu məqsədlə İsraillə birlikdə çalışacağını qeyd edib.

Digər tərəfdən, İsrail Baş Nazirliyi Mətbuat İdarəsindən verilən yazılı açıqlamaya görə, Makkarti və onu müşayiət edən Nümayəndələr Palatasının heyəti bu səfəri İsrailin qurulmasının 75-ci ildönümündə “həmrəylik” nümayiş etdirmək üçün ediblər.

Qərbi Qüdsdəki təmasları çərçivəsində Makkarti İsrail prezidenti İsaak Hersoq və baş nazir Benyamin Netanyahu ilə də görüşüb.

NOCOMMENT.AZ