Birləşmiş Ştatlar İsrailin Livana mümkün müdaxiləsinə qarşıdır və Yaxın Şərqdə gərginliyi azaltmaq üçün konkret ideyaları irəli sürmək niyyətindədir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.
Rəsminin sözlərinə görə, Vaşinqton İsrail ordusunun qurudan müdaxiləsinin bölgədə gərginliyin azaldılmasına kömək edəcəyi mövqeyi tutmur.
Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, ABŞ İsrailin mövqeyi ilə razı deyil və şiə Hizbullah hərəkatı ilə münaqişənin genişlənməsinin qarşısını almaq üçün müttəfiqlərlə konkret ideyaları müzakirə edəcək.
“Mən eskalasiya və ya kəskinləşmənin [münaqişənin] əsaslı deeskalasiyaya və vəziyyətin dərin sabitləşməsinə gətirib çıxaracağı dövrü xatırlaya bilmirəm”, – deyə rəsmi bildirib.