ABŞ İsveçin hərbi bazalarına daxil ola bilərbackend

ABŞ İsveçin hərbi bazalarına daxil ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsveç Müdafiə Nazirliyinin (MN) rəhbəri Pol Conson bildirib ki, ABŞ hərbçiləri İsveç hərbi bazalarına və anbarlarına giriş əldə edə biləcəklər. Bu barədə “Dagens Nyheter” (DN) qəzeti yazır.

“Bizim Şimali Avropada güclü Amerika varlığımız olacaq. Bu çəkindirici və sabitləşdirici təsirə malik olacaq”, –  bu haqda Jonson paylaşıb.

O əlavə edib ki, Vaşinqton və Stokholm arasında hərbi əməkdaşlıq haqqında müvafiq saziş 2024-cü ilin payızında qüvvəyə minə bilər. Sənədə əsasən, ABŞ hərbçilərinin Göteborq, Esterlund və Lulea şəhərləri yaxınlığında, həmçinin Qotland adasındakı hərbi obyektlərə çıxışı olacaq.