ABŞ Keniyanı NATO-dan kənar əsas müttəfiqləri sırasına daxil edirbackend

ABŞ Keniyanı NATO-dan kənar əsas müttəfiqləri sırasına daxil edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Konqresi Keniyaya Şimali Atlantika Alyansı xaricində əsas müttəfiq statusu vermək planları barədə məlumat verib.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Mən Keniyanı NATO-dan kənar əsas müttəfiq kimi daxil etmək niyyətimi elan edirəm. Mən bu qərarı Keniyanın uzun illər ərzində göstərdiyi yardımı nəzərə alaraq verdim”, – deyə Bayden vurğulayıb.

Bayden Keniyanın ABŞ-ın Afrikadakı əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb.

ABŞ-ın NATO-dan kənar əsas müttəfiqləri Argentina, Avstraliya, Bəhreyn, Braziliya, Kolumbiya, Misir, İsrail, İordaniya, Küveyt, Mərakeş, Yeni Zelandiya, Pakistan, Filippin, Qətər, Cənubi Koreya, Tailand və Tunisdir.