ABŞ kəşfiyyatı hərəkətə keçir – Maduro devriləcək?backend

ABŞ kəşfiyyatı hərəkətə keçir – Maduro devriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp administrasiyası Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Venesuela ərazisində gizli əməliyyatları həyata keçirməsini təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yünsək vəzifəli amerikalı məmurlara istinadən “The New York Times” (NYT) yazıb.

Nəşr qeyd edib ki, bu qərar Ağ Evin Nikolas Maduro hökumətinə qarşı təzyiq kampaniyası çərçivəsində atdığı növbəti addımdır.

NYT mənbələrinə görə, Amerika strategiyasının son məqsədi Maduronun hakimiyyətdən uzaqlaşdırılmasıdır. Yeni səlahiyyətlər MKİ-yə Venesuelada əməliyyatlar aparmağa, eləcə də Karib hövzəsində bir sıra gizli missiyaları yerinə yetirməyə imkan verir.

MKİ-yə Maduroya və ya onun ətrafına qarşı həm sərbəst, həm də daha böyük hərbi əməliyyatlarla koordinasiyalı şəkildə hərəkət etmək səlahiyyəti verilib.

Xatırladaq ki, bundan bir gün öncə “Politico” məlumatlı mənbələrə istinadən yazmışdı ki, Nikolas Maduro ABŞ üçün qanuni hədəf sayıla biləcər. “Məgər biz narkotik alverçilərini, terrorçuları