ABŞ kəşfiyyatı: İranın İsrailə raket hücumları gözlənilirbackend

ABŞ kəşfiyyatı: İranın İsrailə raket hücumları gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın günlərdə İran və ya müttəfiqlərinin İsrailə böyük raket hücumu qaçılmazdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ və İsrail kəşfiyyatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, ABŞ və müttəfiqləri İranın İsraildəki hərbi və hökumət obyektlərini vurmaq üçün yüksək dəqiqlikli raketlərdən istifadə edə biləcəyinə inanırlar. Bu halda mülki obyektlər hücum hədəfinə çevrilməyəcək.

Mənbələr potensial hücumun yaxın günlərdə baş verə biləcəyini bildiriblər.

Bu həftə “The Sun” qəzeti Qərb xidmətlərinin nümayəndəsinə istinadən yazıb ki, İsrail İranın istənilən hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verəcək.