Venesuelaya ABŞ-nin hərbi müdaxiləsi artıq yalnız regional məsələdən çıxaraq qlobal geosiyasi və enerji balansı üçün ciddi riskə çevrilib.
NOCOMMENT.az xəbər verir ki, hücum zamanı ölkənin müdafiə sistemlərinin necə zəiflədiyi haqda yeni məlumatlar ortaya çıxır.
“Voennoe Delo” telekanalının məlumatına görə, ABŞ xüsusi xidmət orqanları Karakasda zabitləri və digər şəxsləri rüşvətlə cəlb edərək hava hücumundan müdafiə (PVO) sistemlərinin deaktiv edilməsini təmin edib. Hücum zamanı bu sistemlər işləməyib və ölkənin müdafiəsi ciddi şəkildə zəifləyib.
Məlumatda bildirilir ki, əvvəllər Maduroların harada olduğunu açıqlayan şəxslərə 50 milyon dollar məbləğində mükafat vəd olunmuşdu.
Bu isə ABŞ-nin müdaxiləsini dəstəkləmək üçün strateji və kəşfiyyat üsullarından istifadə etdiyini göstərir və regiondakı gərginliyi daha da artırır.










