ABŞ kəşfiyyatından Putinin səhhətilə bağlı AÇIQLAMAbackend

ABŞ kəşfiyyatından Putinin səhhətilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlarda bu il 70 yaşını qeyd edəcək Rusiya Prezidenti Vladimir Putinin səhhətində problemlərin olduğu və hətta xərçəng xəstəliyinə tutulduğu iddia edilir.

NOCOMMENT.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns bu iddialara cavab olaraq rəhbərlik etdiyi qurumun malik olduğu məlumatları paylaşıb.

O, Putinin çox sağlam göründüyünü deyib və əlavə edib ki, onun səhhətində problemlərin olduğuna dair heç bir dəlil yoxdur.

Qeyd edək ki, Kreml də dövlət başçısının səhhətilə bağlı iddiaları rədd edib.

“Bu iddialar tamamilə yalandır”, – deyə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bəyan edib.