ABŞ Konqresi aprelin 16-da Ukraynaya yardımın ayrılmasına səs verə bilərbackend

ABŞ Konqresi aprelin 16-da Ukraynaya yardımın ayrılmasına səs verə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin aşağı palatasının spikeri Mayk Conson bildirib ki, hələ aprelin 19-da Ukraynaya əlavə yardımın ayrılması və Rusiyaya məxsus aktivlərin müsadirəsi ilə bağlı səsvermə keçirilə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Conson jurnalistlərə bildirib ki, hazırkı formada Senatın maliyyələşdirmə qanun layihəsinə səsvermə keçirilməyəcək. Nümayəndələr Palatasının üzvləri ayrı-ayrılıqda İsrailə, Ukraynaya, Hind-Sakit okean regionuna yardım, eləcə də Kiyevin xeyrinə Rusiya aktivlərinin müsadirə edilməsi haqqında qanun layihəsinə səs verəcəklər.

Natiq vurğulayıb ki, qanun layihələrinin mətnləri aprelin 16-da səhər saatlarında gözlənilir. Bundan sonra konqresmenlərə düzəlişlər etmək üçün üç gün vaxt veriləcək. Nəticədə, sənədlər üzrə səsvermə aprelin 19-da, cümə günündən başlaya bilər.