ABŞ Konqresi BCM-yə qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqləyibbackend

ABŞ Konqresi BCM-yə qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatasının Komitəsi Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Konqresin saytında dərc olunmuş sənəd səhifəsində deyilir.

Qeyd olunur ki, qanun layihəsinin qəbul edilməsinə səbəb ABŞ və onun müttəfiqlərinə qarşı məhkəmə prosesinin aparılması olub. Respublikaçılar qanun layihəsinin hazırlanması təşəbbüsü ilə çıxış ediblər. Nəticədə sənədi doqquz qanunverici dəstəkləyib, üçü isə əleyhinə çıxıb.

Sənəddə iddia edilir ki, Vaşinqton “hər hansı qorunan şəxsi araşdırmağa, saxlamağa, həbs etməyə və ya mühakimə etməyə” cəhd edərsə, BCM-yə qarşı sanksiyalar tətbiq etməlidir. Bu kateqoriyaya ABŞ vətəndaşları, o cümlədən hərbi qulluqçular, ölkənin müttəfiqləri daxildir.