ABŞ Konqresi Psakini ifadə verməyə çağırıbbackend

ABŞ Konqresi Psakini ifadə verməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin keçmiş mətbuat katibi Cen Psakinin ABŞ qoşunlarının 2021-ci ildə Əfqanıstandan çıxarılması ilə bağlı təhqiqat çərçivəsində ifadə vermək üçün ABŞ Konqresinə gəlməsi planlaşdırılır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə istinadən məlumat yayıb.

Belə ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol Ağ Evin keçmiş mətbuat katibi Cen Psakinin vəkilinə məktub göndərərək, onun Bayden administrasiyasının Əfqanıstandan könüllü şəkildə geri çəkilməsi ilə bağlı komitə qarşısında ifadə verməsi xahişinə aydınlıq gətirib. 

Məktubda bildirilir ki, Psaki 2024-cü il iyunun 12-dən gec olmayaraq müsahibə tarixini təyin etməlidir. Makkol qeyd edir ki, mayın 21-də qeydə ifadə vermək üçün iştirak tələbi ilə göndərilən əvvəlki sorğu keçmiş mətbuat katibindən “adekvat cavab” almayıb.