ABŞ Konqresi Tramp-Putin görüşündən gözləntiləri açıqlayıbbackend

ABŞ Konqresi Tramp-Putin görüşündən gözləntiləri açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Adam Smit ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Alyaskada keçiriləcək görüşə dair gözləntilərin olduqca aşağı olduğunu bildirib.

NOCOMMENT.az bildirir ki, bu barədə The Hill yazır.

“Düşünürəm ki, prezident Trampın son günlər həqiqətən də aşağı gözləntiləri olub. Onun [Ukrayna prezidenti Vladimir] Zelenski ilə və Avropa ilə söhbətləri bunu nümayiş etdirir”, – konqresmen deyib.

Smit hesab edir ki, görüşün uğurlu nəticəsi Putinin Alyaska sammitini ABŞ-ın Ukrayna ilə bağlı mövqeyinin sərtləşdiyini başa düşərək tərk etməsi vəziyyətində olacaq. “Tramp administrasiyası yanvar, fevral, mart və ondan sonrakı aylarda nə olursa olsun, Rusiyaya Ukraynada yaşıl işıq yandırıbsa, bu, artıq belə deyil”, – siyasətçi əlavə edib.

Tramp daha əvvəl Putinlə görüşdən sonra Ukrayna lideri Vladimir Zelenski ilə üçtərəfli danışıqlar aparmaq istədiyini demişdi. “Birinci görüş yaxşı keçsə, tez ikinci görüşümüz olacaq. Mən bunu demək olar ki, dərhal etmək istərdim. Prezident Putin, prezident Zelenski və məni orada istəsələr, mənimlə görüşümüz olacaq”, – o deyib.