ABŞ Konqresi Ukraynanın NATO-ya daxil olması ideyasını rədd etməyə çağırıbbackend

ABŞ Konqresi Ukraynanın NATO-ya daxil olması ideyasını rədd etməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın NATO-ya daxil olması Amerika əsgərlərinin göndərilməsinə və Rusiya ilə müharibəyə səbəb olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu fikri Ohayodan olan respublikaçı senator Ceyms Devid Vens “X” sosial şəbəkəsində bildirib.

Belə ki, siyasətçi ABŞ-ın dövlət katibi Antoni Blinkenin Ukraynanın nəticədə NATO-ya üzv olacağı və alyansın Vaşinqtonda keçiriləcək yay sammitinin Kiyevin qoşulması üçün “körpünün qurulmasına” həsr olunacağı ilə bağlı sözlərini şərh edib. Bu bəyanatı Brüsseldə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kulebanın iştirakı ilə verib.

Vens bu planı tamamilə məsuliyyətsiz adlandıraraq, hesab edirdi ki, Ukrayna, xüsusən də onun ərazisində münaqişə olduğu halda Şimali Atlantika Alyansına qəbul edilməməlidir. Senatorun fikrincə, bu, ABŞ-ı müharibəyə dəvət etməklə eynidir.

Siyasətçi abunəçilərindən Amerika əsgərlərinin Rusiya ordusuna qarşı vuruşmasını görmək istəyib-istəmədiklərini soruşub.

“Əgər belə deyilsə, o zaman biz Ukraynanın NATO-ya daxil olması ideyasını rədd etməliyik”, deyə Vans vurğulayıb.