NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Virciniyadan olan demokrat senator Tim Keyn İsraillə radikal Həmas qruplaşması arasında münaqişənin dünya müharibəsinə çevrilə biləcəyindən narahatlığını ifadə edib. Onun sözlərini The Hill sitat gətirir.
Senatorun sözlərinə görə, o, Yaxın Şərqdəki vəziyyətin qlobal münaqişəyə gətirib çıxara biləcəyi ilə bağlı əvvəllər verilməyən suallara cavab verməli olub.
“İnsanlar Birinci Dünya Müharibəsi zamanı regional münaqişəni xatırlayırlar. Əvvəlcə daha çox üzv qoşuldu, daha çox iştirakçı qoşuldu, və daha çox… bunun nəticəsində birdən qlobal müharibə başladı”, – Keyn deyib.
Senator həmçinin Qəzzanın mülki əhalisinə kömək etmək üçün qarşıdurmada “humanitar fasilə” verməyə çağırıb. O vurğulayıb ki, Həmas nümayəndələri ilə mülki şəxslər arasında fərq qoyulmalıdır.