ABŞ Konqresinin əməkdaşları etiraz aksiyası keçirdibackend

ABŞ Konqresinin əməkdaşları etiraz aksiyası keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin əməkdaşları İsrailin Qəzzaya hücumlarına son qoyulması və atəşkəs tələbi ilə Konqres binası qarşısında etiraz aksiyası keçirib.

NOCOMMENT.az xəbər verir ki, konqres binası önünə toplaşaraq özlərini “Atəşkəs çağıran Konqres İşçiləri” adlandıran insanlar hücumlarda həlak olan İsrail və Fələstin vətəndaşlarını yad ediblər.

Aksiya zamanı konqres binası önünə gül dəstələri qoyulub, həyatını itirənlər bir dəqiqəlik sükutla yad edilib.

Konqresdəki liderləri “təmsil etdikləri insanlara qulaq asmamaqda” ittiham edən qrup, “Liderlərimizdən səslərini ucaltmağı, atəşkəs və bütün girovların azad olunmasını tələb edirik” ifadələrini səsləndiriblər.

NOCOMMENT.AZ