ABŞ Konqresinin nümayəndə heyəti Tayvana gəlibbackend

ABŞ Konqresinin nümayəndə heyəti Tayvana gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvlərindən ibarət nümayəndə heyəti Tayvana səfərə gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə adanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nümayəndə heyəti dörd qadın parlamentaridən ibarətdir: Merilin Striklend, Culiya Braunli, Cil Tokuda və Yasemin Kroket. Onların avqustun 11-dən 15-dək Tayvanda qalacaqları qeyd edilir.

Bəyanatdan məlum olduğu kimi, Amerika nümayəndələrini Tayvanın Baş Qərargah rəisi Lay Sinde, onun müavini Syao Meyçin və xarici işlər naziri Lin Szyalun qəbul edəcək. Tərəflər tərəflər arasında əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə etmək niyyətindədirlər.