ABŞ Konqresinin Nümayəndələr Palatası Consonun vəzifədən kənarlaşdırılmasına qarşı çıxıbbackend

ABŞ Konqresinin Nümayəndələr Palatası Consonun vəzifədən kənarlaşdırılmasına qarşı çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Aşağı palatası respublikaçı spiker Mayk Consonun vəzifəsindən kənarlaşdırılmasına qarşı çıxıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə C-SPAN məlumat yayıb.

Nümayəndələr Palatasının 359 üzvü konqresmen Mardjori Teylor Qrin-in Consonu vəzifədən uzaqlaşdırmaq təşəbbüsünü bəyənməyib.

Yalnız 43 deputat onu dəstəkləyib. Maraqlıdır ki, Respublikaçılar və Demokratlar partiyalarından olan konqresmenlər spikerin vəzifəsindən kənarlaşdırılmasının əleyhinə birgə səs veriblər.

Bundan əvvəl konqresmen Qrin Consonun spiker postundan uzaqlaşdırılması prosedurunun başlandığını elan edib.