Amerika Birləşmiş Ştatları 2022-ci ilin fevral ayının sonundan etibarən Ukraynaya yardım və NATO-nun güclənməsinə sərf etdiyi xərclərin 174,19 milyard dollar təşkil etdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, Dövlət Departamentinin və Pentaqonun baş müfəttişlərinin ofislərinin birgə hesabatında deyilir.
“2022-ci ilin fevral ayından ABŞ Konqresi ABŞ-ın Rusiyanın hərəkətlərinə cavab tədbirləri üçün əlavə olaraq 174,19 milyard dollardan çox vəsait ayırıb”, – deyə hesabat müəllifləri bildiriblər.
Bu məbləğə 2024-cü ilin aprelində razılaşdırılmış 61 milyard dollarlıq yardım paketi də daxildir. Müəlliflər vurğulayırlar ki, bu pullarla tədarük edilən silahların həcmi orta müddətli ehtiyacları ödəmək iqtidarında deyil.
Hesabatda dəqiqləşdirilib ki, tam məbləğə Ukraynaya silah tədarükü xərcləri, ABŞ hərbi anbarlarının dəyişdirilməsi xərcləri, Kiyevə büdcə dəstəyi, humanitar xərclər və NATO yardımı daxildir.