ABŞ konqresmen PKK/YPG-ni tənqid etdi!backend

ABŞ konqresmen PKK/YPG-ni tənqid etdi!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika siyasətində diqqətəlayiq bir inkişaf baş verib.

NOCOMMENT.az xəbər verir ki, Amerika qoşunlarının Suriyadan çıxarılmasını tələb edən qanun layihəsi ABŞ Nümayəndələr Palatasına təqdim edilib.

Respublikaçı konqresmen Mett Gaetz terror təşkilatı DEAŞ-ın artıq ABŞ-yə  təhlükə yaratmadığını bildirərək “Bizim Suriyada nə işimiz var?” deyib.

Mett Getz “Co Bayden bizi Suriya savaşında saxlamaq istəyirsə, bunun səbəbini Amerika xalqına açıqlamalıdır” deyərək açıqlama verib.

Qetz PKK/YPG terror təşkilatına da diqqət çəkərək təşkilata verilən dəstəyin NATO mütəffiqi Türkiyə ilə münasibətlərə zərər verdiyini vurğulayıb.

Nümayəndələr Palatasına təqdim edilən qanun layihəsi rədd edilib.

NOCOMMENT.AZ