ABŞ Kremlə xəbərdarlıq etdi – İki variantınız varbackend

ABŞ Kremlə xəbərdarlıq etdi – İki variantınız var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman Brüsseldə keçirilən və heç bir nəticə əldə olunmayan NATO-Rusiya Şurasının iclasından sonra Kremlə xəbərdarlıq edib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Vendi Şerman Rusiyanın iki variantı olduğunu deyib.

“Rusiya ya diplomatiyanı seçəcək, ya da Qərblə üz-üzə gələcək”, – Şerman bildirib.

Qeyd edək ki, ABŞ və Rusiya nümayəndə heyətləri Ukraynadakı gərginliyi azaltmaq üçün bazar ertəsi İsveçrənin Cenevrə şəhərində bir araya gəlib. Danışıqların davam etdiyi bir vaxtda NATO-Rusiya Şurası 2019-cu ildən bəri ilk dəfə dünən Brüsseldə toplaşıb. 4 dəfə davam edən görüşdən sonra tərəflər bir-birinə sərt mesajlar verib.

ABŞ dövlət katibinin müavini Vendi Şerman deyib ki, onun ölkəsi və digər NATO üzvləri heç vaxt Ukraynanın hərbi alyansa üzvlüyünə veto qoymağa razı olmayacaqlar.

Şerman NATO-nun “açıq qapı” siyasətini davam etdirdiyini vurğulayıb.