ABŞ Sakit okeanın Kuk adaları və Niue ilə diplomatik əlaqələrin qurulduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyindən verilən iki ayrı açıqlamada, dövlət katibi Antoni Blinkenin Niue Baş naziri Dalton Taqelaqi və Kuk Adaları Baş naziri Mark Braun ilə birgə bəyanatlar imzaladığı bildirilib.
Bəyanatlarda bu bəyannamələrlə ölkələr arasında diplomatik əlaqələrin qurulduğu qeyd edilib.