ABŞ lazer sistemini sınaqdan keçirbackend

ABŞ lazer sistemini sınaqdan keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ordusu Arizona ştatının Yuma poliqonunda havadan müdafiə qüvvələrinin qısa mənzilli lazer sistemini sınaqdan keçirib.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Defens Nyus” məlumat yayıb.

Sistem hazırlanmaqda olan İstiqamətləndirilmiş Enerji Manevri (DE M-SHORAD) proqramı çərçivəsində test edilib.

Bildirilib ki, 50 kilovatt gücündə olan cihaz “Stryker” zirehli maşınına quraşdırılıb. Sınaq zamanı sistem bir neçə PUA-nı məhv etsə də, raketlərin və artilleriya mərmilərinin tutulmasında bəzi problemlər qalmaqdadır.

Sınağın müxtəlif mərhələlərdə davam etdiriləcəyi deyilir.