ABŞ Makronun Fələstinlə bağlı təşəbbüsünü kəskin şəkildə rədd edirbackend

ABŞ Makronun Fələstinlə bağlı təşəbbüsünü kəskin şəkildə rədd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Fransa prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq təşəbbüsünü rədd edir.

NOCOMMENT.az bildirir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkədə bildirib.

“Birləşmiş Ştatlar BMT Baş Assambleyasında Makronun Fələstin dövlətini tanımaq planını qəti şəkildə rədd edir. Bu ehtiyatsız qərar yalnız HƏMAS-ın təbliğatına xidmət edir və bizi sülhdən uzaqlaşdırır. Bu, 7 oktyabr qurbanlarının üzünə bir sillədir”, – o yazıb.

Makron bundan əvvəl sentyabrda BMT Baş Assambleyasında Fransanın Fələstin Dövlətini rəsmən tanıyacağını bildirmişdi. O qeyd edib ki, hazırda Qəzzada müharibənin dayandırılması və mülki əhaliyə lazımi dəstəyin göstərilməsi son dərəcə vacibdir.

İsrailin baş naziri Benyamin Netanyahu Fransa liderinin qərarını pisləyib və deyib ki, bu, terroru təşviq edir və başqa bir “İran marionet dövləti”nin yaranmasına səbəb ola bilər.