ABŞ-ın maliyyə naziri Skott Bessent Rusiyaya qarşı sanksiyaları ləğv etməyə və ya onları gücləndirməyə hazır olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Bloomberg TV-yə müsahibəsində bildirib.
“ABŞ Rusiyaya qarşı sanksiyaları həm gücləndirməyə, həm də zəiflətməyə hazırdır”, – o qeyd edib.
Bessent əlavə edib ki, lazım gələrsə, “Rusiya Federasiyasına qarşı sanksiyalar ləğv edilə bilər”.
Həmin ərəfədə ABŞ-ın dövlət katibi Marko Rubio bildirmişdi ki, ABŞ Ukraynada davam edən münaqişəyə son qoymaq üçün razılıq əldə olunana qədər Rusiyaya qarşı sanksiyaları davam etdirəcək. Bloomberg-in məlumatına görə, Rubio bir qrup avropalı həmkarını Rusiyaya qarşı sanksiyaların “vaxtından əvvəl” ləğv edilməyəcəyinə inandırıb.