Ukrayna prezidenti Vladimir Zelenskinin Münhen Təhlükəsizlik Konfransında verdiyi bir çox bəyanatlar yersiz olub.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent Bloomberg TV-yə müsahibəsində deyib.
“Onun Münhendəki bir çox açıqlamaları yersiz idi”, – deyə o vurğulayıb.
ABŞ Xəzinədarlığının rəhbəri bildirib ki, Zelenski Münhendə ona minerallar üzrə sazişi imzalayacağına söz verib, amma bunu etməyib.