ABŞ Maskın ölkədən çıxarılmasını tələb edibbackend

ABŞ Maskın ölkədən çıxarılmasını tələb edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı iş adamı İlon Maskın işi araşdırılmalı və milyarder ölkədən qovulmalıdır.

NOCOMMENT.az bildirir ki, bu çağırışla ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bannon çıxış edib.

“Onlar onun immiqrasiya statusu ilə bağlı rəsmi araşdırmaya başlamalıdırlar, çünki mən onun qeyri-qanuni əcnəbi olduğuna və dərhal ölkədən deportasiya edilməli olduğuna inanıram” deyə Bannon çağırıb.

Ağ Ev rəhbəri Donald Tramp və amerikalı sahibkar İlon Mask arasında münaqişə yaşanıb. Mayın sonunda məlum olub ki, milyarder ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini tutduğu prezident administrasiyasındakı postunu tərk etmək qərarına gəlib.