ABŞ məhkəməsi LNG ixracına qoyulan qadağanı ləğv edibbackend

ABŞ məhkəməsi LNG ixracına qoyulan qadağanı ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika məhkəməsi ABŞ prezidenti Co Baydenin mayeləşdirilmiş təbii qazın (LNG) ixracına qoyduğu qadağanı ləğv edib.

NOCOMMENT.az bu barədə Luiziana Dairə Məhkəməsinin qərarına istinadən məlumat yayıb.

Dövlət başçısının qərarının federal qanunları pozduğunu hesab edən 16 ştat məhkəməyə müraciət edib.

Məhkəmə hesab edib ki, iddiaçıların LNG ixracına qoyulan qadağanın məhkəməyə qədər ləğv edilməsi hüququ var. Buna görə də o, mayeləşdirilmiş təbii qazın ixracına qoyulan qadağanın dərhal tam aradan qaldırılması barədə vəsatəti təmin edib.