ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəqəmsal innovasiyalar üzrə hazırkı direktor müavini Culian Qallina Qlossun oğlu, 21 yaşlı Maykl Qloss Ukraynada müharibədə həlak olub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Vajnıe İstorii” nəşri yazıb. Bildirilib ki, Qloss Rusiya tərəfində döyüşüb.
Qeyd olunub ki, Maykl 2023-cü ildə Rusiyaya səfərindən sonra Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. Bundan əvvəl o, “ABŞ-ın ən yaşıl kollecində” təhsil alıb, müharibə əleyhinə etiraz aksiyalarında iştirak edib, qadınların hüquqlarını və iqlimin qorunmasını müdafiə edib.
2023-cü ildə Qlos təhsilini yarımçıq qoyaraq dünya səyahətinə çıxıb, “Rainbow Family” anarxist təşkilatına qoşulub, Türkiyədə zəlzələdən sonra dağılmış ərazilərin bərpasında iştirak edib.