ABŞ müdafiə naziri müavininin Tayvana səfər etdiyi iddia edilirbackend

ABŞ müdafiə naziri müavininin Tayvana səfər etdiyi iddia edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ müdafiə nazirinin müavini Maykl Çeysin Çinlə suverenlik münaqişəsində olan Tayvana səfər etdiyi iddia edilib.Bu addımın bölgədə gərginliyi artıracağı gözlənilir. ABŞ-ın Sakit okeanda gərginliyi artırmaq üçün addım atdığı iddia edilib.

NOCOMMENT-in məlumatına görə, Çinlə bağlı məsələlər üzrə nazir müavini Çeys Monqolustanda təmaslarından sonra dünən axşam Ada şəhərinə gəlib. ABŞ və Tayvan rəsmiləri səfəri təsdiqləməkdən imtina etsələr də, çoxsaylı beynəlxalq və yerli media Çeysin Tayvanda olduğunu bildirib.