ABŞ müdafiə naziri Pit Heqset bu həftə Belçika və Fransaya səfər edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Şon Parnel bildirib.
İyunun 5-də Brüsseldə o, NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclasında iştirak edəcək və burada müttəfiqlərin hərbi xərclərin ÜDM-in 5%-nə çatdırılması tələbini yerinə yetirməsi, eləcə də alyansın kollektiv müdafiə tapşırıqlarına istiqamətləndirilməsi məsələlərini qaldıracaq.